22.8 C
Baku
Monday, October 7, 2024

Latviya bankının Azərbaycandakı təmsilçisi bağlanıb

Latviyanın “Baltikums International SLA” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. Şirkət kreditorlara müracıət edərək qeyd edib ki, onlar tələblərini iki ay ərzində bildirməlidir.

Məlumata görə, kreditorlar öz tələblərini şirkətin Bakı şəhəri, Bülbül prospekti,44 ünvanında yerləşən “Gulustan Residency”in 2-ci mərtəbəsində yerləşən ofisinə bildirməlidir.

Qeyd edək ki, “Baltikums International SLA” baş ofisi Riqada (Latviya) yerləşən “Baltikums Bank”ın strateji tərəfdaşıdır və xarici ölkələrdə onun maraqlarını təmsil edir.

Report

Son xəbərlər
Digər xəbərlər