Latviya hökuməti Belarusla sərhəddə fövqəladə vəziyyətin elan edilməsi haqqında daxili işlər naziri Mariya Qolubevanın təklifini təsdiq edib.
TASS agentliyi xəbər verir ki, bu rejim noyabrın 10-dək davam edəcək.
Qeyd edək ki, fövqəladə vəziyyət qeyri-qanuni miqrantların axını ilə əlaqədar elan edilir.