Azərbaycanda yeni holdinq təsis edilib.
Banker.az xəbər verir ki, yeni yaradılan holdinqin adı “AP Holding” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Holdinqin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Süleymanov Polad Fuad oğludur.
AP Holdingin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Məhəllə 2146 ev.27 m.83. ünvanında fəaliyyət göstərəcək.
Bildirək ki, “AP Holding” strukturu 2009-cu ildə yaradılmışdır. Holdinqin qərargahı Riqada (Latviya) yerləşir. Holdinqin əsas hədəfləri Şərq Tərəfdaşlığı ölkələri, Aİ və ABŞ-da müxtəlif biznes sahələrinin tətbiqi və inkişafıdır.