Latviya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyünə dair sənədləri ratifikasiya edib.
Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs özünün sosial media hesabında məlumat yayıb.
Latviya bu iki ölkəyə “hə” deyərək, onların NATO-ya qoşulmağını təsdiqləyib.
Xatırladaq ki, ölkələrin Alyansa üzvlüyü üçün təşkilata daxil olan bütün dövlətlər protokalları ratifikasiya etməlidir.