“Latviyanın “airBaltic” şirkəti bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır”.
Bunu Latviya Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.
O qeyd edib ki, bununla da latviyalı turistlərin Azərbaycana gəlməsi və Azərbaycan vətəndaşlarının Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq.