7 C
Baku
Sunday, December 15, 2024

Latviya Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azaldacaq

Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini azaldacaq.

Bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb.

O bildirib ki, bu, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsinə etiraz olmaqla yanaşı, həm də Estoniya ilə həmrəylik əlamətidir.

Nazir, həmçinin Rusiyadan da oxşar addımı tələb edəcəyini qeyd edib.

Xatırladaq ki, Rusiya və Estoniya bir-birilərinin səfirlərini ölkədən çıxarırlar. Hər iki dövlət bunun üçün qarşı tərəfə fevralın 7-dək vaxt verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər