Latviya hökumətinin saytında yayılan press-relizdə deyilir ki, Rusiyada elan edilmiş səfərbərliklə əlaqədar sentyabrın 28-dən Latviya-Rusiya sərhədində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Fövqəladə vəziyyət Aluksne, Balvi və Ludza bölgələrində, eləcə də hava limanlarında, aerodromlarda, sərhəd-keçid məntəqələrində və dəmir yollarında üç ay müddətində qüvvədə olacaq.
Latviya Sərhəd Xidmətinə digər xidmətlərdən əlavə resurslar cəlb etməklə Rusiya vətəndaşlarının gücləndirilmiş sərhəd nəzarəti və sərhəd yoxlamalarını həyata keçirmək tapşırılıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Qısa müddət ərzində miqrantların sayının sürətlə artması riski var, ona görə də sərhədçilərin tez bir zamanda əlavə resurslar – Dövlət Polisi, Milli Təhlükəsizlik Xidməti və Milli Silahlı Qüvvələr cəlb etmək lazımdır. Zəruri hallarda sərhəddə fövqəladə vəziyyət elan ediləcək. Vəziyyətin gərginləşməsini gözləmədən öncədən ehtiyat tədbirləri görməliyik”.
Bəyanatda deyilir ki, Latviyaya daxil olmaq istəyən Rusiya vətəndaşlarının sayı azalmağa davam edir. Sentyabrın 19-dan indiyədək 57 Rusiya vətəndaşı ölkəyə daxil olmaqdan imtina edib.