6 C
Baku
Sunday, December 15, 2024

Latviya Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırıb

Latviya Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.

Bu barədə Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar olaraq, iyunun 26-dan etibarən Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.

Vurğulanıb ki, əvvəllər sənədləri təqdim etmiş şəxslər lazımi prosedurlardan keçəcəklərinə ümid edə bilərlər. “İyunun 25-dən əvvəl təqdim edilən sənədlərə baxılacaq”.

Son xəbərlər
Digər xəbərlər