Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.
Bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç “Twitter” səhifəsində bildirib.
Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir.
Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub.
Mayın 9-da Rinkeviç Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanovanın Latviyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.