Latviya ruslara bütün növ vizaların verilməsini dayandırır, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Qərar barədə Baltik respublikasının prezidenti Edqars Rinkeviç “Twitter” səhifəsində yazıb.
“Rusiyadakı hadisələrlə əlaqədar Latviya humanitar və ya digər növ vizalar verməyəcək”, – o deyib.
Rinkeviç həmçinin qeyd edib ki, ruslar üçün əvvəlki səyahət məhdudiyyətləri qüvvədə qalacaq.