8 C
Baku
Monday, November 18, 2024

Latviya rusların ölkəyə girişini məhdudlaşdırır

Latviya rusların ölkəyə girişini məhdudlaşdırmağa qərar verib. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs məlumat yayıb. Daha əvvəl Estoniya, Latviya, Litva və Polşa rusların Şengen zonasına girişinin məhdudlaşdırılması barədə razılığa gəliblər.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Qadağa turizm, mədəniyyət, idman və biznes məqsədləri üçün səyahət edən bütün rusiyalılara şamil edilir. Məqsəd “dövlət siyasətinə və təhlükəsizliyinə gözlənilən təhlükəni aradan qaldırmaqdır”.

Sənədə əsasən, rusların ölkəyə girişinə qadağa sentyabrın 19-dək hər bir ölkədə ayrıca qüvvəyə minəcək. Sentyabrın 8-də Estoniya sentyabrın 19-dan etibarən digər Aİ ölkələri tərəfindən verilmiş Şengen vizası ilə rusların ölkəyə girişini bağladığını elan edib.

Son xəbərlər
Digər xəbərlər