27 C
Baku
Saturday, July 20, 2024

Latviya və Qətərə ixrac missiyasına sənəd qəbulu – şərtlər

Bu ilin aprel ayında Azərbaycan iki ölkəyə ixrac missiyası təşkil edəcək.

Banker.az məlumat verir ki, missiyalardan biri Latviyaya, digəri isə Qətərə təşkil olunacaq.

Belə ki, Latviyanın paytaxtı Riqaya təşkil ediləcək missiya aprelin 7-10-da, Qətərin paytaxtı Dohaya təşkil olunacaq missiya isə aprelin 12-16-da baş tutacaq.

Artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib.

Riqaya getmək üçün qida məhsulları, şərab və spirtli içkilər, tekstil və turizm sahələri ilə məşğul olan sahibkarlar, Dohaya getmək üçün isə qida sektoru, tekstil, inşaat və turizm sahəsində işləyən iş adamları Fonda müraciət edə bilərlər.

İxracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.

Son xəbərlər
Digər xəbərlər