Latviyada bu ilin yanvarından qüvvəyə minmiş həmrəylik vergisi haqqında qanuna əsasən, vətəndaşların əmək haqlarının dövlət məcburi sosial sığorta ayırmalarının limitini aşan hissəsinə vergi tətbiq edilir.
Vergilər.az saytı xəbər verir ki, 2015-ci ildə bu limit ildə 48 min 600 avro və ya ayda 4 min avroya yaxın bir məbləğ təşkil etdiyi halda, bu il həmin rəqəm artıb.
Həmrəylik vergisinin dərəcəsi dövlət sosial sığorta ayırmalarının (34,09 faiz) həddində olacaq. Bu il dövlət büdcəsinə həmrəylik vergisindən daxilolmalar 40,9 milyon avro, 2017-ci və 2018-ci illərdə isə 46,095 milyon avro həcmində planlaşdırılır. Həmrəylik vergisinin tətbiqini sahibkarlar etirazla qarşılayıblar.