20 C
Baku
Tuesday, May 21, 2024

Latviyada məcburi hərbi xidmət bərpa olundu

2006-cı ildə məcburi hərbi çağırışı ləğv edən Latviya yenidən ümumi hərbi xidmətə qayıdıb.

Müvafiq qərar çərşənbə günü respublika parlamenti tərəfindən qəbul edilib.

Məlumata görə, 18-27 yaş arası kişilər hərbi xidmətə çağırılacaq.

Bu il iyulun 1-dən etibarən ilk çağırış 500 nəfərdən ibarət olacaq və könüllü xarakteri daşıyacaq. Əgər kifayət qədər könüllü olmazsa, adi qaydada toplanışa başlanılacaq. Çağırışçıların sayı mütəmadi olaraq artırılacaq. 2028-ci ildən isə illik çağırışçı sayı 7.5 min nəfər olacaq.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər