Latviyada mərkəzində Yer planeti təsvir olunmuş şəffaf qəpik buraxılıb.
Qəpik gümüş üzük şəklində olan çərçivədən, Perculor şəffaf keramikasından və mərkəzində gümüşdən olan Yer kürəsi modelindən ibarətdir.
Belə bir qəpiyin yaradılması ideyası 2015-ci ildə keçirilən Latviya Bankının ən innovativ avro qəpiyi müsabiqəsində qalib gəlmişdi. Yer kürəsi təsvirli qəpikdən 5 min nümunə buraxılacaq.
Qəpiyin hazırlandığı material isə kimyəvi və termik sabitliyi ilə fərqlənir.