8 C
Baku
Wednesday, December 25, 2024

Latviyada startaplara vergi güzəştləri tətbiq ediləcək

Banker.az TechHub-a istinadən xəbər verir ki, Latviya rəhbərliyi startaplar üçün vergi güzəştləri tətbiq etmək barədə qanun qəbul edib.

2017-ci ilin 1 yanvar tarixindən xüsusi vergi rejimi sahibkarların öz əməkdaşlarının əməyinin qarşılığını ödəmək xərclərini azaldacaq. Nəzərdə tutulan güzəştlər vergilərin azaldılması üzrə iki variant irəli sürür: ya sahibkar minimal sosial zəmanət paketi qalmaqla işçinin əmək haqqından asılı olmayaraq hər ay 252 avro ödəyir, yaxud da işəgötürən şəxs heç bir məbləğ ödəmir, dövlət isə yalnızca yüksək professionallıq dərəcəsinə sahib əməkdaşların sosial paketlər üzrə bütün ödəniş xərclərini öz üzərinə götürür.

Biznesmen bu vergi güzəştlərindən yararlanmaq üçün 5 ildən az olmayaraq Latviyada işləməli, 200 000 avrodan çox qazanca sahib olmalı, 30 000 avrodan çox investisiya cəlb etməli və innovativ məhsul, yaxud xidmətin yaradılması yönəlmiş olmalıdır. Bununla yanaşı, sahibkar heç bir divident ödəməyən biri olmalıdır.

İqtisadiyyat naziri Arvils Aşeradensin sözlərinə görə, vergi güzəştlərinin tətbiq edilməsi Latviyada kiçik biznesin inkişafı proqramı üzrə atılan hələ ki, ilk addımdır. Hazırda ölkə rəhbərliyi startap işçilərinin Latviyaya gəlməsi prosesini yüngülləşdirmək üçün xüsusi vizaların tətbiq edilməsini müzakirə edir.

Son xəbərlər
Digər xəbərlər