37 C
Baku
Tuesday, August 16, 2022

Latviyanın Baş naziri ölkəsində COVID-19-la bağlı məhdudiyyətlərin gücləndirilməsinə çağırıb

Hər baxımdan ölkədə vəziyyət getdikcə daha da pisləşir. Xəstəxanalar həddindən artıq yüklənib, xəstələrin sayı artmaqdadır, bu da xəstəxanaların planlı əməliyyatları təxirə salmaqla işlərini yenidən qurmalarının lazım olduğunu göstərir.

Bu barədə ölkənin Baş naziri Krişyanis Karinş ölkəsində COVID-19 pandemiyasının yayılma sürətinin azaldılması məqsədilə tətbiq edilmiş məhdudiyyətlərin gücləndirilməsinin dair koalisiyanın iclasından sonra belə söyləyib.

Baş nazir Krişyanis Karinş koronavirusa yoluxma sayında artımın iqtisadiyyatın xeyrinə olmadığını da əlavə edib. O hesab edir ki, heç bir tədbir görülməzsə, bu acınacaqlı vəziyyət xəstəxanalardan başlayaraq bütün ölkəni bürüyəcək.

MənbəAzərtac
Son xəbərlər
Oxşar xəbərlər