Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür.
TASS xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirərkən deyib.
“Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazcasına bir münasibətin təzahürüdür, ABŞ-ın illərdir – artıq on illərdir – saga-sola istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir”, – Lavrov belə deyib.
Onun sözlərinə görə, bu cür davranış beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır.