15 C
Baku
Sunday, November 24, 2024

Lavrov: “Avropa öz maraqlarını qoruya bilmir”

“Avropa hələ də öz maraqlarını qoruya bilmir, Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfərinin nəticələri bunu təsdiqləyir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” Beynəlxalq Forumunda çıxışında deyib.

“Avropanın ABŞ-ın maraqları ilə üst-üstə düşməyən maraqlarının olması göz qabağındadır. Avropanın bu maraqları qoruya bilməməsi, mənim fikrimcə, həm də tibbi faktdır. Ən azı, Makronun Vaşinqtona səfərinin nəticələri mənim bu fikrimi gücləndirir”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər