Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusa səfər edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.
O, iyunun 20-də Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
“Bir sıra birgə sənədlərin imzalanması gözlənilir”, – sözçü əlavə edib.