2 C
Baku
Saturday, December 14, 2024

Lavrov: “Biz danışıqlara hazırıq, amma Ukraynadakı əməliyyatı davam etdirəcəyik”

“Rusiya danışıqlara hazırdır, amma Ukraynadakı hərbi əməliyyatı davam etdirmək niyyətindədir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Hazırda hərbi əməliyyat aparılır. Əməliyyatın məqsədləri dəqiq müəyyən edilib. Bunlar Ukraynanın demilitarizasiyası, denasifikasiyası və Ukraynanın NATO-ya qoşulmayacağı ilə bağlı zəmanətin verilməsidir”, – Rusiya XİN başçısı bildirib.

“Biz danışıqlar aparmağa hazırıq. Ukraynalı həmkarlarımıza bizim mövqeyimiz bəllidir. Bizə söz veriblər ki, danışıqların növbəti mərhələsində öz mövqelərini təqdim edəcəklər. Biz danışmağa hazırıq, amma əməliyyatımızı davam etdirəcəyik, çünki Ukrayna ərazisində Rusiyanın təhlükəsizliyinə təhdid törədən infrastrukturun qalmasına imkan verə bilmərik”, – o vurğulayıb.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər