10 C
Baku
Friday, December 13, 2024

Lavrov bu tarixdə MDB ölkələrinin XİN Şurasının iclasında iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 14-də Səmərqənddə keçiriləcək MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu barədə Rusiya diplomatik xidmətinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün məlumat verib.

Rusiya rəsmisinin sözlərinə görə, görüş iştirakçıları beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq, çoxtərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.

“Beynəlxalq təhlükəsizlik məsələlərinə, habelə hüquqi, mədəni, humanitar və təhsil sahələrində əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır”, – Zaxarova əlavə edib.

Ermənistan və Azərbaycan da Rusiyanın rəhbərlik etdiyi bu təşkilatın üzvüdür.

Son xəbərlər
Digər xəbərlər