ABŞ Ukraynaya Rusiya ilə sülh danışıqlarına getməsinə imkan vermir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bir çox ölkələr Rusiyanı danışıqlardan imtina etməkdə ittiham edir.
“Hər kəs danışıqların zəruriliyindən söhbət açır. Bizi isə bundan imtina etməkdə ittiham edirlər. Putin dəfələrlə ciddi təkliflərin olmadığını deyib. İstanbuldakı danışıqlar açıq şəkildə göstərir ki, həmin vaxt onların uzanan əlini çəkdilər və dedilər: “Tezdir, tezdir, siz Rusiyanı o qədər yormamısınız ki, biz amerikalılar bununla kifayətlənək”, – deyə nazir vurğulayıb.
Nazir bildirib ki, Kiyev Rusiyadan təslim olmağı və təzminat ödənilməsini tələb edir.