Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Şimali Makedoniya paytaxtı Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, NATO və Avropa İttifaqı Dnestryanı münaqişəsini nizamlamaq üçün mövcud olan “5+2” formatını öldürür.
Lavrov vurğulayıb ki, Avropa qitəsinin kəskin problemlərinin ATƏT prinsipi əsasında həlli ilə bağlı uğursuz cəhdlərdən biri Kozak memorandumudur, hansı ki, bu memorandum 20 il əvvəl Moldovada vəziyyəti etibarlı şəkildə nizamlaya bilərdi.
“Onda NATO və Avropa İttifaqı Brüsseli Kişinyov və Tiraspol tərəfindən paraflanmış sənədi açıq şəkildə tormozladı. İndi isə Dnestryanı nizamlanması üçün birgə səylərdən qalan son “5+2” formatını öldürürlər. Əslində Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanına çevrilməsi taleyi gözləyir”, – deyə Rusiya XİN başçısı qeyd edib.