Qərbin sanksiyalarının məqsədi Rusiyada hakimiyyətin devrilməsidir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
O, Qərb ölkələrinin artıq açıq şəkildə Rusiyada məqsədlərinin nə olduğunu bildirdiklərini söyləyib: “Artıq maskalar düşüb. Qərbin sanksiyalarının məqsədi Rusiya xalqına qarşı yönəlib ki, onlar ayağa qalxıb hazırkı Rusiya rəhbərliyini devirsinlər”, – deyə Lavrov vurğulayıb.
XİN başçısı vurğulayıb ki, NATO Ukrayna üzərindən Rusiya ilə müharibə aparır.