16 C
Baku
Thursday, March 28, 2024

Lavrov: “Gürcüstanın “3+3” formatına qoşulması onu siyasi mövqeyini dəyişməyə məcbur etməyəcək”

Gürcüstanın Cənubi Qafqazla bağlı “3+3” formatına qoşulması onu siyasi mövqeyini dəyişməyə məcbur etməyəcək.

Bunu Rusiya diplomatiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında xarici işlər naziri Sergey Lavrov deyib. “Biz razılaşa bilərik ki, biz bu formatda yalnız bütün iştirakçıları maraqlandıran mövzuları müzakirə edirik”, – o bildirib.

Nazir qeyd edib ki, Moskvanın Tbilisi ilə diplomatik əlaqələri yoxdur, ona görə də bu qarşılıqlı əlaqə formasının üstünlüklərini izah etmək imkanları azdır. “Biz türk dostlarımıza, azərbaycanlı dostlarımıza, Ermənistana müraciət etdik ki, gürcü qonşularımıza hələ də bu formata qoşulmağın onlara və bizim hamımıza faydasını izah etsinlər. Belə bir əlaqə onları siyasi mövqelərini dəyişməyə məcbur etməyəcək”, – Lavrov vurğulayıb.

Onun sözlərinə görə, ilkin şərt olmadan “3+3” formatına qoşulmaq Gürcüstanın maraqlarına uyğundur: “İndi biz gürcü həmkarlarımızla 2008-ci ilin avqustunda Gürcüstanın təcavüzünün nəticələrinin müzakirə olunduğu Cənubi Qafqaz üzrə Cenevrə müzakirələri çərçivəsində və Moskva ilə Tbilisi arasında yaradılmış qeyri-rəsmi ikitərəfli kanal çərçivəsində ünsiyyət qururuq. Lakin 3+3 formatında başlanmış proseslər fikrimcə, daha əhəmiyyətlidir, çünki bu formatda bütün bu regionun inkişaf perspektivləri müzakirə olunur”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər