13 C
Baku
Saturday, November 23, 2024

Lavrov: “Gürcüstanın NATO-ya üzvlüyü Rusiya üçün “qırmızı xətt”dir”

Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini “qırmızı xətt”in pozulması kimi qiymətləndirəcək.

TASS verdiyi xəbərə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“NATO-nun genişlənməsi ilə bağlı mövqeyimiz hər kəsə məlumdur: əgər alyans Rusiya Federasiyasının sərhədlərinə yaxınlaşmağa davam edərsə, bu, “qırmızı xətt” olacaq”, – XİN başçısı vurğulayıb.

S. Lavrovun sözlərinə görə, Rusiyanın Avro-Atlantika regionda ümumi təhlükəsizlik kontekstində təhlükəsizlik zəmanəti ilə bağlı irəli sürdüyü təklifləri göstərir ki, Rusiya NATO strateqlərinin planlaşdırdığı ssenarilər üzrə hadisələrin mənfi inkişafının qarşısını almaqda maraqlıdır və bunu səmimi şəkildə edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər