29 C
Baku
Friday, June 21, 2024

Lavrov: “Həmsədrlərin tərkibinin genişləndirilməsi planlaşdırılmır”

Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk Qrupu həmsədrləri üçlüyünün tərkibinin genişləndirilməsi planlaşdırılmır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq gündəmdəki aktual mövzularla əlaqədar yerli və xarici KİV-lərə verdiyi müsahibəsində deyib.

“Həmsədrlər üçlüyünün (Rusiya, ABŞ və Fransa) tərkibini genişləndirmək planları yoxdur. Dediyim kimi, daim təmasdayıq, dünən Jan İvon Le Drianla danışdım. Əməkdaşlarım həmsədrliyin işini təmin edən Amerika təmsilçiləri ilə təmasdadırlar”, – deyə S. Lavrov vurğulayıb.

Rusiya XİN başçısı Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrlərinin gələn həftə Moskvaya səfər edəcəklərini də qeyd edib: “Biz onlara sülhməramlıları necə yerləşdirdiyimiz barədə ətraflı məlumat verəcəyik və yəqin ki, Dağlıq Qarabağ və ətrafındakı bütün etno-konfessional icmaların hüquqları nəzərə alınaraq dinc bir həyat qurmağa necə kömək edə biləcəyimiz barədə məsləhətləşəcəyik”.

MənbəApa.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər