14 C
Baku
Saturday, November 23, 2024

Lavrov: Kiyev Zaporojye AES-i atəşə tutmaqla bütün Avropanı nüvə fəlakəti təhlükəsi altında qoyur

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.

Lavrov telefon danışığı zamanı fransalı həmkarına Kiyevin Zaporojye atom elektrik stansiyasını atəşə tutmaqla bütün Avropanı nüvə fəlakəti təhlükəsi altında qoyduğunu söyləyib.

“Sergey Lavrov qeyd edib ki, Kiyev rejimi Avropanın ən böyük atom elektrik stansiyasını və ona bitişik əraziləri atəşə tutmaqda davam edir, xarici sponsorlarının açıq-aşkar razılığı ilə bütün Avropa əhalisini nüvə təhlükəsi altında qoyur”, deyə Lavrov vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər