0 C
Baku
Thursday, February 9, 2023

Lavrov Makrona və Şoltsa Ukraynanın Rusiya ilə danışıqları pozduğunu bildirib

Rusiya xarici işlər naziri Sergey Lavrov G20-də Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla qısa söhbətlər etdiyini açıqlayıb.

Lavrov Makrona və Şoltsa Ukraynanın Rusiya ilə danışıqlar prosesini pozduğunu bildirib.

“Makron bu gün Ukraynadakı münaqişənin həlli yollarını tapmaq üçün Putinlə təmasları davam etdirmək niyyətini təsdiqləyib”, – Lavrov vurğulayıb.

Rusiya XİN başçısı onu da qeyd edib ki ABŞ-ın G20 toplantısındakı bəyanatlarına baxmayaraq, digər ölkələr Ukraynadakı münaqişənin Vaşinqton tərəfindən təhrik edildiyinə getdikcə daha çox əmindirlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X