“MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti Sankt-Peterburq şəhərində dekabrın sonunda keçiriləcək”.
Bunu Qazaxıstanın “Xabar-24” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, sammitdə tərəflər gələn il və daha uzaq perspektivlə bağlı məsələləri müzakirə edə biləcəklər.