14 C
Baku
Sunday, November 24, 2024

Lavrov: “Münaqişələrin həllində ATƏT-ə ehtiyac var”

Münaqişələrin həlli ilə bağlı ATƏT-in mövcud imkanlarına tələbat hələ də qalır.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən iclasında bildirib.

Nazirin fikrincə, ATƏT məkanındakı böhranlı vəziyyətlərin həllinə dair mövcud razılaşmalar üzv dövlətlər tərəfindən daha çox dəstək görsə, həyata keçirilmələri də tezləşərdi.

“Bunu Dağlıq Qarabağdakı çözümlə bağlı da gözləyirik. Biz buna hərtərəfli dəstək verəcəyik”, – deyə rusiyalı nazir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər