Rusiya Prezidenti Prezident Vladimir Putin Türkiyəyə səfər edəcək.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Nyu-Yorkdakı qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Akkuyu Atom Elektrik Stansiyasının açılışında iştirak etməsi nəzərdə tutulub: “Prezidentlər belə bir görüşün vacibliyi barədə razılığa gəliblər”.
S.Lavrov yaxın vaxtlarda səfərlə bağlı əlavə açıqlama veriləcəyini əlavə edib.