22 C
Baku
Tuesday, August 16, 2022

Lavrov: “Qərbin bəyanatları şizofreniyanın təzahürüdür”

Qərbin Rusiya və Ukrayna arasında danışıqların indiki mərhələdə yolverilməzliyi ilə bağlı bəyanatları şizofreniya xəstəliyinin təzahürüdür.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“İndiki mərhələdə Rusiya və Ukrayna arasında danışıqların yolverilməzliyi ilə bağlı Qərbin bəyanatları şizofreniya xəstəliyinin təzahürüdür”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Qərb ölkələrinin Ukraynaya yeni silah tədarükü ilə bağlı mövzuya da toxunub. Onun sözlərinə görə, Ukraynaya nə qədər çox silah verilsə, bu münaqişə bir o qədər uzun sürəcək.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər