Rusiya Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasının əleyhinədir.
Banker.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Biz bu problemin hərbi yolla həllinin əleyhinə olduğumuzu gizlətmirik. Hər iki xalqı özümüzə qardaş hesab edirik və buna görə də hərbi əməliyyatların davam etdirilməsini dəstəkləmirik”, – Lavrov söyləyib.
“Biz bütün xarici oyunçuları hərbi toqquşmaların qarşısını almaq, o cümlədən tərəflərin sülh prosesinə başlaması üçün əldən gələn hər bir şeyi etməyə çağırırıq”.