21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Lavrov: “Rusiya heç vaxt “Böyük yeddilər” formatına qoşulmayacaq”

Screen Shot 2021 09 02 at 14.34.20

“Rusiya “Böyük yeddilər” formatına qoşulmaq niyyətində deyil. “Böyük səkkizlər” Moskvanın iştirakı ilə olmayacaq”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Biz dəfələrlə demişik ki, ora daha heç vaxt getməyəcəyik. Bu “səkkizlər” artıq olmayacaq, bu, dünənki gün idi”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, format iştirakçılarının Rusiyanın geri çağırılması ilə bağlı söhbətləri onlara ancaq öz qərarverici sözlərinin təbliğatını aparmaq üçün lazımdır.

Qeyd edək ki, “Böyük səkkizlər” klubu 1998-ci ildən 2014-cü ilə qədər fəaliyyət göstərib. 2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra kluba üzv ölkələr Soçidə keçirilməsi planlaşdırılan sammitə gəlməkdən imtina edərək özləri Rusiyanın iştirakı olmadan Brüsseldə toplaşıblar.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər