“Qərb və Ukrayna deyir ki, danışıqlara ehtiyac yoxdur. Bu, doğru yanaşma deyil”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Moskva heç vaxt danışıqlardan imtina etməyib: “Amma danışıqlar yalnız maraqlarımız nəzərə alınarsa, mümkündür”.
S.Lavrov vurğulayıb ki, Qərb Rusiyanı zəiflətmək istəyir: “Rusiya ilə Ukrayna arasında müharibənin başladılması da bununla bağlı idi. Bir daha deyirəm ki, biz danışıqlara hazırıq. Amma maraqlarımız nəzərə alınmalıdır”.