10 C
Baku
Wednesday, November 27, 2024

Lavrov: “Rusiya yardım üçün KTMT-yə müraciət etməyib”

Rusiya KTMT-dən yardım göstərməsi üçün müraciət etməyib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya24” kanalına müsahibəsində bildirib.

Ukraynada Qərblə müharibə zamanı KTMT ölkələrinin Rusiyaya yardım etməsinin mümkünlüyü barədə suala cavab verən Lavrov qeyd edib ki, ölkəsi belə bir xahişlə KTMT-yə müraciət etməyib:

“Orada (KTMT müqaviləsində – red) yazılıb ki, iştirakçı dövlətlərdən birinin xahişi ilə… Biz heç kəsə belə bir xahişlə müraciət etməmişik. Hesab edirik ki, xüsusi hərbi əməliyyatla bağlı vəzifələri icra etmək üçün, Qərbin Ukraynadakı rejim vasitəsilə apardığı müharibəni bitirmək üçün bizdə lazım olan hər şey var. Bəli, görürük ki, bizə qarşı bütün NATO döyüşür. Onların “biz döyüşmürük, ancaq silahlandırırıq” söhbətləri gülməlidir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, Ukraynaya verilən silahların, hərbi texniki sistemlərin ukraynalılar tərəfindən idarə olunması qeyri-mümkündür. Bu sistemləri idarə etməyi iki-üç ay ərzində öyrənmək mümkün deyil. Biz isə özümüz məsələləri həll edirik. Heç kəsə müraciət etməmişik. Mən indi niyə müraciət etmədiyimizi analiz etməyəcəyəm. Bizə sadəcə olaraq bu lazım deyil”, – Rusiya XİN başçısı vurğulayıb.

Lavrov ötən ilin yanvarında KTMT-nin Qazaxıstan Prezidentinin xahişindən sonra bir sutka ərzində reaksiya verdiyini, eləcə də ötən ilin sentyabrında Ermənistan-Azərbaycan şərti sərhədində baş verən insidentdən sonra KTMT-nin Ermənistana sülhməramlı missiya göndərməyə hazır olduğunu xatırladıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər