13 C
Baku
Friday, March 29, 2024

Lavrov Rusiyanın danışıqlardan imtina etmədiyini bildirib

Rusiya təmas və ya danışıqlar üçün ciddi təklifdən imtina etmir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz heç vaxt təmasların aparılması ilə bağlı ciddi, sağlam düşüncəli təklifdən imtina etməmişik. Sadəcə heç kim ağlı başında olan təşəbbüslər irəli sürmür”, – Lavrov deyib.

XİN başçısı onu da qeyd edib ki, Qərb ölkələri BMT Baş Assambleyası tərəfindən anti-Rusiya qətnaməsinin qəbulunu yalnız diplomatik terror və açıq-aşkar təzyiq üsulları ilə təmin edə biliblər.

“Qərb diplomatik terror üsullarını həyasızcasına, açıq desək, əl-qolunu bükərək, inkişaf etməkdə olan ölkələri hər cür cəzalarla hədələyərək istifadə edib. Yalnız belə üstüörtülü şantaj və hədələr nəticəni təmin edə bildi. Hamımız mükəmməl başa düşürük. Amerikalıların isə başqalarına təzyiq etmədiyi, danışıq aparmadığı yalanına kimsə inanmır”, – Lavrov vurğulayıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər