“Əgər təklif gəlsə, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşə bilərəm”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya həmişə dialoqa açıqdır: “Mən G-20 sammitində də Blinkenlə görüşdən imtina etməmişdim. Ümumiyyətlə, biz ciddi müzakirələrə həmişə açıqıq”.