6 C
Baku
Saturday, December 14, 2024

Lavrov: “Taxıl sazişi”nin Rusiya hissəsinin bir bəndi də həyata keçirilməyib

BMT-nin İstanbul “Taxıl sazişi”nin Rusiya hissəsinin həyata keçirilməsi üzrə səyləri heç bir nəticə verməyib.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“”Taxıl sazişi”nin Rusiya hissəsinə gəlincə, onun heç bir bəndi ümumiyyətlə həyata keçirilməyib. Biz BMT Katibliyinin nümayəndələrindən, baş katibindən, onun müavinlərindən aylardır eşidirik ki, onlar inanılmaz səylər göstərirlər. Bu inanılmaz səylər heç bir nəticə verməyib”, – deyə nazir Lavrov vurğulayıb.

O, ölkəsini ərəb tərəfdaşlarının taxıla olan əlavə ehtiyaclarını ödəməyə hazır olduğunu, bunun üçün heç bir maneə olmadığını də söyləyib.

“Biz taxılı necə satmışıqsa, elə də satırıq. Biz bütün öhdəliklərimizi istisnasız yerinə yetiririk. Biz bütün ehtiyacları, o cümlədən ərəb tərəfdaşlarımızın əlavə ehtiyaclarını ödəməyə hazırıq. Bunun üçün heç bir maneə yoxdur”, deyə Rusiya XİN başçısı qeyd edib.

Son xəbərlər
Digər xəbərlər