Ukrayna tərəfi danışıqlarda Donbas və Krım reallıqlarını anladığını nümayiş etdirir.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı ilə danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
O, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdiyini, hələlik yekun plan və razılaşmanın olmadığını söyləyib.
Lavrov Moskva-Kiyev danışıqlarında irəliləyişin olduğunu bildirib.