13 C
Baku
Monday, September 30, 2024

Lavrov: “Ukraynadakı əməliyyat ABŞ-ın hegemonluğuna son qoyacaq”

Rusiyanın xarici işlər naziri Serqey Lavrov “Rossiya 24” telekanalının efirində deyib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ABŞ-ın qlobal hökmranlığına son qoymaq üçün nəzərdə tutulub.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

“Bizim xüsusi hərbi əməliyyatımız ABŞ-ın və onun tabeliyində olan digər Qərb ölkələrinin beynəlxalq arenada tam hökmranlığına doğru ehtiyatsız ekspansiyaya və ehtiyatsız kursa son qoymaq üçün nəzərdə tutulub”, – deyə nazir söyləyib.

Onun sözlərinə görə, ABŞ-ın hökmranlığı beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və “müəyyən qaydalara əsasən qurulur”. Lavrov əlavə edib ki, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrelin Ukraynadakı münaqişənin hərbi yolla həlli ilə bağlı bəyanatı “qeyri-adi” bir şeydir. O, söz verib ki, yaxın günlərdə Rusiya Xarici İşlər Nazirliyi öz sənədlərində Borrelin sözlərini ətraflı müzakirə edəcək.

Daha əvvəl Borrel Aİ-nin münaqişənin güc yolu ilə nizamlanması və Kiyevə hərbi yardımın genişləndirilməsi istədiyini təsdiqləyib. Borrelin bəyanatını Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova tənqid edərək, Avropa İttifaqını “NATO-nun iqtisadi əlaqələr şöbəsi” adlandırıb.

Son xəbərlər
Digər xəbərlər