12 C
Baku
Saturday, November 23, 2024

Lavrov: “Ukraynadakı xüsusi əməliyyata Azərbaycanın balanslı münasibətini yüksək qiymətləndiririk”

“Rusiya Azərbaycan rəhbərliyinin baş verənlərlə bağlı balanslı və məsuliyyətli münasibətini yüksək qiymətləndirir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

“Biz uzun illər yığılan, nəinki Ukraynada və onun ətrafında, həm də Avropada təhlükəsizlik sahəsində – bütün arxitekturası əvvəllər razılaşdırılan, lakin son illərdə qərbli həmkarlarımız tərəfindən sistematik şəkildə məhv edilən – mövcud şəraitə gətirib çıxaran vəziyyətlə bağlı Azərbaycanın anlayışını yüksək qiymətləndiririk”, – o söyləyib.

Rusiya XİN rəhbəri Azərbaycanla diplomatik dialoqun inkişafından razı qaldıqlarını vurğulayıb: “Bu da ikitərəfli iqtisadi, humanitar və xarici siyasətlə bağlı digər əlaqələrimizdə əməkdaşlığı tamamlamağa yardım göstərir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər