21 C
Baku
Thursday, September 19, 2024

Lavrov Ukraynanı İstanbul görüşündəki müddəalardan kənara çıxmaqda ittiham edib

Ukrayna dünən Rusiya ilə müqavilə layihəsini təqdim edib və bu layihədə İstanbuldakı görüşdə müəyyən edilmiş müddəalardan kənara çıxılıb.

Banker.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Ukrayna əvvəl təhlükəsizlik zəmanətlərinin Krıma şamil edilməyəcəyinə söz verib, lakin sazişin yeni variantında bu bənd yoxdur.

Lavrov Ukraynanın Krım və Donbas məsələlərini iki ölkə liderlərinin görüşündə müzakirə etməyi təklif etdiyini söyləyib: “Bu qəbuledilməzdir. Rusiya təxribatlara baxmayaraq, öz saziş layihəsini irəli çəkərək Ukrayna ilə danışıqları davam etdirəcək”.

Son xəbərlər
Digər xəbərlər