Ümid edirik ki, Bakı-Tehran münasibətlərindəki hazırkı çat müvəqqəti xarakter daşıyır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı Bakı-Tehran münasibətlərindəki çatın tezliklə arxada qalacağını söyləyib: “Bu, Rusiya, İran və Azərbaycanın iştirakı ilə üçtərəfli əməkdaşlığın inkişafına yardım edəcək. Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, – o deyib.