26 C
Baku
Saturday, July 27, 2024

Lavrov və Hakan Fidan Cənubi Qafqaz regionunun münaqişədən sonra yenidən qurulmasını müzakirə edəcək

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında sabah keçiriləcək görüşdə Cənubi Qafqaz regionunun münaqişədən sonra yenidən qurulması məsələləri ətraflı müzakirə olunacaq.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Hakan Fidanın avqustun 31-də Sergey Lavrovla aparacağı danışıqlar öncəsi yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, danışıqlarda Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası, nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı təhlili planlaşdırılır.

Qeyd edək ki, 31 avqust – 1 sentyabr tarixlərində Türkiyə XİN başçısı Hakan Fidan rusiyalı həmkarı Lavrovla danışıqlar aparmaq üçün Moskvaya işgüzar səfər edəcək.

Son xəbərlər
Digər xəbərlər