Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Rusiya Federasiyasının köməyi ilə İrəvan və Bakı arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərini müzakirə ediblər:
“Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar, regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasını vurğulayıblar. Onlar həmçinin Rusiyanın dəstəyi ilə İrəvan və Bakı arasında sülh sazişinin razılaşdırılması perspektivlərinə toxunublar”.