11 C
Baku
Thursday, May 16, 2024

Lavrov Vyetnama səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov vyetnamlı həmkarı Bui Thanh Sonun dəvəti ilə iyulun 5-6-da Vyetnamda işgüzar səfərdə olacaq.

Səfər Vyetnam və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın 10-cu ildönümünə təsadüf edir.

Vyetnam və Rusiya 1950-ci ildə diplomatik əlaqələr qurub. İki ölkə münasibətlərini 2001-ci ildə strateji tərəfdaşlığa, 2012-ci ildə isə hərtərəfli strateji tərəfdaşlığa yüksəldib.

2021-ci ildə Vyetnam prezidenti Nquyen Xuan Fukun Rusiyaya rəsmi səfəri zamanı ölkələr “Rusiya Federasiyası ilə Vyetnam arasında hərtərəfli strateji tərəfdaşlığın 2030-cu ilə qədər inkişafına baxış” birgə bəyanat qəbul ediblər.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər