Rusiya Federasiyası Qərbə bir daha qaz kəmərlərini partlatmağa imkan verməyəcək.
Bunu Hindistanın paytaxtı Yeni Dehlidə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O, ölkəsinin enerji sferasında bundan sonra Qərb tərəfdaşlarına arxalanmayacağını da söyləyib.
Lavrov qeyd edib ki, Rusiya, Çin və Hindistan 2023-cü ildə nazirlər səviyyəsində üçtərəfli görüş keçirə bilər.